Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125561
az

“Azərlotereya” üç beynəlxalq standart üzrə sertifikat aldı

14:1013 Dekabr, 2024
20
İQTİSADİYYAT
  • A

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC şəffaf fəaliyyəti ilə təkcə milli qanunvericiliyin deyil, həm də sahəvi standartların tələblərinə uyğun fəaliyyət göstərmək öhdəliyini daşıyır. 2024-cü ilin oktyabr ayında keçirilmiş sertifikasiya auditi nəticəsində şirkətin üç beynəlxalq standart üzrə sertifikat uyğunluğu təsdiq edilib.

İlk standart ISO 27001:2013 Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartıdır. Bu standart şirkətin fəaliyyətinin, eləcə də təklif etdiyi şans oyunlarının təhlükəsizlik, etibarlılıq və davamlılığını təsdiq edir. Standartın tələblərinə uyğun olaraq şirkət öz dəyərlərini müəyyənləşdirir, məlumat təhlükəsizliyi siyasətini təsdiq edir və təhlükəsizlik sistemini quraraq tətbiq edir. Gələn ildən şirkət bu sertifikatın daha sonrakı versiyası üçün müraciət edəcək.

Növbəti standart Dünya Lotereyalar Assosiasiyasının (WLA - World Lottery Association) Təhlükəsizlik Nəzarəti Standartıdır (SCS - The Security Control Standard). Bu standart sahənin ən yaxşı təcrübələrinin ümumiləşdirildiyi “qaydalar toplusu”dur və həm müxtəlif lotereya növlərinə, həm də idman mərc oyunlarına şamil edilir. Məsələn, hər bir lotereya biletinin unikal nömrəsinin olması, kriptoqrafik nəzarətlərin tətbiq edilməsi, tirajlı lotereyaların təşkilinin addım-addım yazılmış təlimatının olması, hər bir oyun iştirakçısının ancaq bir aktiv oyun hesabının ola bilməsi kimi tələblər bu standartdan irəli gəlir.

Şirkətin fəaliyyətinə təsir edən üçüncü standart Avropa Lotereyaları və Toto Assosiasiyasının (EL - The European State Lotteries and Toto Association) “Məsuliyyətli Oyun” standartıdır. Bu standart lotereya və idman mərc oyunlarının marketinqi və satışı zamanı tətbiq edilən məsuliyyətli oyun tələblərini müəyyən edir.

“Azərlotereya” Dünya Lotereyalar Assosiasiyası, həmçinin Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvüdür. Ətraflı olaraq “Azərlotereya”nın “Məsuliyyətli Oyun” siyasəti ilə tanış ola bilərsiniz.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Azərlotereya” üç beynəlxalq standart üzrə   sertifikat   aldı
Azərbaycanda yeni dövlət     rüsumları    müəyyənləşir
Onlar da əmək    pensiyası     alacaq

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu