Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125530
az

"Sadə ideyaları olan mürəkkəb insan" -Tramp niyə "İlin adamı" seçildi?

14:0313 Dekabr, 2024
14
DÜNYA
  • A

Xəbər verdiyimiz kimi “Time” jurnalı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı “İlin adamı” kimi tanıyıb. 

Oxu24.com xəbər verir ki, redaksiya bunu  “Trampın siyasi dirçəlişi Amerika tarixində görünməmiş bir hadisədir”, - deyə şərh edib. 

Məqalədə qeyd olunur ki, milyarderin ilk prezidentlik müddəti “rüsvayçılıqla başa çatıb” və 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdləri Kapitoliyə hücuma və uzun sürən məhkəmə proseslərinə səbəb olub. 

Buna baxmayaraq, Tramp 2023-cü ildə “tarixdəki ən sürətli prezident seçkilərindən birini” qazanıb və Respublikaçılar Partiyasından prezidentliyə namizəd olub. Bir il sonra milyarder sui-qəsd cəhdindən sağ çıxıb və prezident seçkilərində qalib gəlib. 

Media: Trump declines Zelenskyy's invitation to Ukraine due to "conflict of  interest" - Euromaidan Press

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu posta Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris mübarizə aparıb. Əvvəlcə namizədliyini irəli sürən ABŞ-ın hazırkı prezidenti Co Bayden Harrisin xeyrinə yarışdan çıxıb.

Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb. ABŞ-nin 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.Trump on sexual assault: “I'm very happy it's being exposed” | Vox

Seçki kampaniyasında Donald Tramp “iqtisadiyyat, immiqrasiya və mədəni məsələlərlə bağlı dərin milli narazılığa toxunub”. 

"Donald Tramp sadə ideyaları olan mürəkkəb bir insandır və həddindən artıq çox siyasətçi bunun tam əksidir", - onun müşaviri Callienn Conway "Time"a müsahibəsində deyib. 

"Time" "İlin adamı№nın özü ilə də danışıb. Qollarında qançırların haradan olduğunu soruşduqda o, belə cavab verdi: “Bu, minlərlə insanla əl sıxışmaqdandır”. Seçki kampaniyası ilə müqayisədə Tramp nəşrə “daha ​​təmkinli və daha az səsli” görünüb. 

Siyasətçi bildirib ki, seçki vədlərini yerinə yetirməyə çalışacaq. Məsələn, Meksika ilə sərhəddə nəzarəti gücləndirmək, sərhəddə divarı tamamlamaq, 11 milyon qeyri-qanuni miqrantı ölkədən çıxarmaq, ABŞ-nin müttəfiqləri ilə münasibətlərini dəyişmək, Yaxın Şərqdə və Ukraynada sülh yaratmaq və s. 

ABŞ-nin yeni seçilmiş prezidenti etiraf edib ki, Rusiya-Ukrayna münaqişəsinə 24 saat ərzində son qoymaq mümkün olmayacaq. O , həmçinin Kiyevi Amerikanın Rusiyaya raket hücumlarına görə tənqid edib. Onun fikrincə, buna icazə verən ABŞ səlahiyyətliləri “müharibəsi daha da qızışdırır və daha da pisləşdirir”. 

Donald Trump Funny Stance Photo" Sticker for Sale by sidehustle44 |  Redbubble

Daha kim ilin adamı ola bilərdi?

“Time” jurnalına görə “İlin adamı” adına namizədlər siyahısına Trampdan əlavə, ABŞ prezident seçkilərində uduzan Kamala Harris, iş adamı İlon Mask, Aleksey Navalının həyat yoldaşı Yuliya Navalnaya, İsrailin baş naziri Benyamin Netanyahu, Uels şahzadəsi Keyt Middlton, "Meta" şirkətinin baş direktoru Mark Zukerberq və daha dörd nəfər də daxil olub. 

Xatırladaq ki,  2016-cı ildə də Tramp  jurnal tərəfindən "İlin adamı" seçilmişdi. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əsədin sərvəti təxmin edildi
Erməni nazir Fransaya gedib
İsrail hakimiyyəti Colan təpələrinin inkişaf planını təsdiqləyib

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu