Qərb dövlətlərinin təzyiqlərinə baxmayaraq, Rusiya müdafiə sənayesini inkişaf etdirib və bu sahədə uğur qazanıb.
Oxu24.com xəbər verir ki,bunu RedaktionsNetzwerk Deutschland-a müsahibəsində Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib.
"Bu gün Rusiya üç ayda bütün Avropa müdafiə sənayesinin istehsal edə biləcəyindən, altı ayda isə bütün Bundesverin sərəncamında olduğundan daha çox silah istehsal edir", - Avropa İttifaqının (Aİ) nümayəndəsi bildirib.
Onun sözlərinə görə, sanksiya siyasəti hərbi istehsalın artmasına mane olmadığı üçün öz səmərəsizliyini göstərib.
Noyabrın 18-də Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinə (AFU) 1 milyon mərmi çatdırıb və bununla da 8,5 ay gecikib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozep Borrelin sözlərinə görə, Aİ Kiyevə əsgərlərin hazırlanması proqramlarında da dəstək verəcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR