Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12552
az

Üzünü it parçalayan uşağın SON DURUMU - FOTO

19:4929 Aprel, 2019
969
KRİMİNAL
  • A
Üzünü it parçalayan Hüseyn Məmişovun vəziyyəti normaldır. Yaralar sağalıb, tikişlər sökülüb.

Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, müalicə bitsə də, uşağın valideynləri onu xəstəxanadan çıxarmağa ehtiyat edirlər:

"Hələ ki quduzluğun heç bir əlaməti yoxdur. Vaxtında vaksinasiya aparılır. Hər şey normaldır. Əgər quduzduğun əlaməti olsaydı, uşaq infeksion xəstəxanaya köçürülərdi. O, evə getməlidir. Lakin evə apamaqda valideynlər tərəddüd edirlər, çünki evdə məktəbə gedən digər uşaqlar var. Hazırda uşaqla bağlı heç bir müalicə getmir. Ancaq üç gündən bir vaksinasiya olunur".

Xatırladaq ki, aprelin 16-da Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb. İt quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Kliniki Tibbi Mərkəzə aparılıb.



  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı
Sevgilisinin xəyanətindən şübhələndi, qazini öldürdü - VİDEO
Azərbaycanda 15 yaşlı qız intihar etdi

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı