Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125518
az

Xaricdə olan konsulluqların fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyənləşir

13:1313 Dekabr, 2024
48
SİYASƏT
  • A

Konsulluqların fəaliyyəti ilə bağlı qaydalar dəyişir.

Oxu24.com  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Azərbaycan Respublikasının Konsul Nizamnaməsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Konsulluqlar öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, bu Nizamnaməni və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını rəhbər tutur, eləcə də qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

Qeyd edək ki, bundan əvvəl Konsulluqlar öz fəaliyyətində bu Nizamnaməni Azərbaycan Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını, beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tuturdu.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bələdiyyə seçkilərində neçə namizəd     mübarizə     aparacaq?
İlham Əliyev müşavirə keçirdi- FOTOLAR
Prezident Lukaşenkoya     zəng     etdi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Nazirlik əməkdaşı cinayət məsuliyyətinə     cəlb     edildi