Çin sədri Si Cinpin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın onun andiçmə mərasimində iştirakla bağlı dəvətini qəbul etməyib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı “CBS News” açıqlayıb.
Bildirilib ki, Çin lideri ABŞ-yə getməyəcək və qonaq qismində tədbirdə iştirak etməyəcək.
Onun əvəzində Trampın inauqurasiyasına Çinin ABŞ-dəki səfiri və həyat yoldaşı qatılacaq. “CBS News”un mənbələri, həmçinin qeyd edib ki, səfirlə yanaşı tədbirdə Çindən bir neçə rəsmi qonaq da iştirak edə bilər.
Xatırladaq ki, dünən D.Trampın çinli həmkarını öz inauqurasiya mərasiminə dəvət etdiyi məlum olub.
Oxu24.com
ŞƏRHLƏR