Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1255
az

Arvadını öldürüb, meşədə basdırdı - Sirli qətlin YENİ DETALLARI

12:0101 May, 2018
1513
  • A
 Samuxda arvadını döyərək öldürən kişi tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, aprelin 30-da Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kolayır kənd sakini Azadil Qəhrəmanova bir gün əvvəl axşam saatlarında qonşuluqda yaşayan bacısı Ləmanla əri, əvvəllər məhkum olunmuş Ağamir Səmədov arasında münaqişə olduğunu və bu səbəbdən bacısının evdən çıxıb getdiyini bildirib.

Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin gün A.Səmədovun yaşadığı evdə münaqişə zəminində arvadı Ləmanı döyərək qətlə yetirməsi, cəsədini isə “VAZ-21011” markalı avtomobildə Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov tutulub. L.Səmədovanın meyiti eksqumasiya edilib.

Faktla bağlı araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda ŞOK - Ər arvadının kişilərlə intim görüntülərini kameraya çəkdi
Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu
Azərbaycanda dəhşətli qəza - 18 yaşlı tələbə həyatını itirdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu