Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125490
az

Bu qanun layihəsi üçüncü oxunuşdan keçdi

11:3113 Dekabr, 2024
30
SİYASƏT
  • A

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb. 

Layihəyə əsasən, dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçirilir və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat veriləcək.

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə haqq ödəniləcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Prezident onu təltif etdi
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb