ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib
OXU24.COM xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.Nəşrin məlumatına görə, Tramp bunu dekabrın 7-də Parisdə Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.
Respublikaçı lider əldə etmək istədiyi atəşkəs halında bu imkanı nəzərdən keçirir.
Noyabrın əvvəlində The Telegraph yazıb ki, ABŞ-ın hazırkı prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli planı çərçivəsində Avropa və Britaniya qoşunlarını respublika ərazisində Ukrayna Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasında 1200 kilometrlik bufer zonasını təmin etməyə çağıra bilər.
Daha sonra nəşr qeyd edib ki, bu ssenari Tramp tərəfindən mümkün, lakin yekun olmayan ssenarilərdən biri hesab olunur.
Oxu24.com
ŞƏRHLƏR