Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125436
az

Yaxın günlərdə qatarlarda SİMA ilə ödənişlərə başlanılır

17:0012 Dekabr, 2024
40
CƏMİYYƏT
  • A

"Noyabrın 1-dən dinamik tarif siyasətinə keçilib. Biz noyabrda bu dinamikanı izlədik. Statistikaya əsasən, sərnişinlərimizin 50%-i biletlərini səfərlərinə 3-10 gün qalmış, 20%-i isə son 3 gün qalmış əldə edirlər".

Oxu24.com  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov deyib.

ADY sədri bildirib ki, 70% sərnişinimiz yalnız son 10 gündə səfərlərini planlaşdırır: "Tövsiyə edərdik ki, səfərlərini öncədən planlaşdırsınlar və bizim 15%-lik endirimimizdən faydalansınlar".

Onun sözlərinə görə, sərnişindaşıma ilə bağlı digər yenilik isə odur ki, artıq dəmir yolu infrastrukturuna məsafə başına ödənişlər həyata keçirilir: "Səfər edilən məsafəyə uyğun olaraq ödəniş aparılır. Bu günlərdə son test mərhələsindəyik. SİMA ödəniş sistemi artıq bir neçə dəmir yolu stansiyasında test mərhələsindədir. Bu, o deməkdir ki, yaxın günlərdə sərnişinlərimiz heç bir təmas olmadan platformalarda, turniketlərdə SİMA tanınma sistemindən istifadə edə biləcəklər".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda "Opel" ilə "Kia" toqquşdu -Xəsarət alanlar var
Xanım müstəntiq Xankəndiyə      təyinat        aldı
Kapital Bank “TIME” jurnalında