Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125431
az

Lotereyada 33 milyon udmuşdu,infarkt keçirib öldü

17:0412 Dekabr, 2024
30
DÜNYA
  • A

Noyabr ayında 202 milyon Braziliya realı (33,5 milyon ABŞ dolları) qazanan braziliyalının diş müalicəsi zamanı qəfil ürəyi dayanıb.

Oxu24.com  xarici KİV-ə istinadla bildirir ki, Mato Qrosso ştatının Cuiaba şəhərindən olan 73 yaşlı Antonio Lopez Siqueyra noyabrın 9-da keçirilən milli lotereyada böyük məbləğdə udub. Onun cekpotu ölkə tarixindəki ən böyük 10 cekpot arasında olub. Zəngin oyunçu əvvəlcə dişlərini bərpa etməyə başlayıb.

Kişi bir həftə stomatoloji klinikada olub və sonuncu dəfə dekabrın 4-də, çərşənbə günü orada infarkt keçirib. Hadisə yerinə gələn təcili yardım həkimləri onu xilas edə bilməyiblər. Siqueyra bununla da sadəcə bir aydan az müddətdə multimilyonçu oldu.

Hazırda polis araşdırmalarını davam etdirir və hadisənin konkret nədən baş verdiyini öyrənməyə çalışır. Siqueyranın diş müalicəsi apardığı klinika istintaqla tam əməkdaşlıq etdiyini bildirib. Onlar ölən müştərinin ailəsinə də dəstək olduqlarını bildiriblər.

Lotereya təşkilatçısının dediyinə görə, Siqueyra uzun illər ərzində hər həftə Milli Lotereya biletləri alıb və hər dəfə zarafatla bir gün mütləq qalib gələcəyini deyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Paşinyan yaxın aylarda istefa verəcək"
"ABŞ-nin heç bir sahədə rəqibə ehtiyacı yoxdur" -Lavrov
Ukraynada hərbi vəziyyət rejimi         yenə      uzadıldı