Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125428
az

"Kartdan karta" üsulu ilə işləyən daha 467 sahibkar cəzalandırıldı

16:3112 Dekabr, 2024
62
İQTİSADİYYAT
  • A

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 467 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Oxu24.com  xəbər verir ki, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda ət bir az da bahalaşdı- Video
Bu şəxslərin pensiyaları birbaşa artırılacaq? -AÇIQLAMA
Əhalinin banklara inamı artır?