Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125407
az

Zelenskinin ofisi Ukraynanın Rusiya ilə danışıqlara hazır olmadığını bildirib

18:0312 Dekabr, 2024
39
DÜNYA
  • A

Ukrayna hazırda Rusiya ilə danışıqlara hazır deyil; Moskva ilə “bərabər əsasda” danışmaq üçün Kiyev “güclü” olmalıdır.

Oxu24.com xəbər verir  ki,  bunu Ukrayna lideri Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Ermak deyib.

“Danışıqlara başlamaq üçün Ukrayna güclü olmalıdır və o zaman Rusiya Federasiyası ilə bərabər şərtlərlə danışa biləcək”, - o vurğulayıb.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal RTL və NTV telekanallarında çıxış edərək, Rusiya ilə danışıqların ümumi və razılaşdırılmış mövqe tələb etdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya ilə danışıqlar yalnız BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun aparıla bilər.

Zelenski CBN News-a müsahibəsində bildirib ki, ölkəsinin hakimiyyət orqanları qanunvericilik səviyyəsində Rusiyanın nəzarəti altında olan ərazilərin itirilməsini tanıya bilməz.

Əvvəllər Zelenski Ukraynadakı münaqişədən “pul sıxmaq” istəməkdə ittiham olunurdu.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb