Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125406
az

"Ulu Öndər Heydər Əliyev bizimlə eyni təyyarədə uçdu" - Tanınmış şair xatirələrini bölüşür

13:5712 Dekabr, 2024
109
CƏMİYYƏT
  • A

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Ulu Öndərin  vəfatından 21 il ötür.

Tanınmış publisist-jurnalist Məzahir Süleymanzadə öz xatirələrində  Ümummilli liderimiz Heydər Əliyevlə  Naxçıvanda baş tutmuş  görüşü  barədə  bunları yazır:

...1992 - ci il oktyabrın 7 - si...  Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Böyük ömrün anları" sənədli filmində əksini tapmış kadrlara baxdıqca həmin günü xatırlayıram...Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bizi həyətdə, pilləkənlərin üstündə salamlayır. Qrupun rəhbəri kimi, jurnalistləri bir - bir ona təqdim edirəm: Dağbəyi İsmayılov, Hidayət Elvüsal, İmamverdi İsmayılov, Mahir Süleymanov, İsmayıl Ömərov, Vahid Əzizov, Qulu Məhərrəmli, Rövşən Əliyev, Şəmsi Vəfadar,Telman Fərəcov, Emin Eminbəyli...Yusif Kərimovun, Əhməd İsayevin adlarını çəkməyə hazırlaşanda Heydər Əliyev gülümsünərək deyir:
- Yusifi Yazıçılar İttifaqının qurultayındakı çıxışından, Əhmədi isə "Kommunist"in müxbiri kimi, bölgələrə səfərlərimdən tanıyıram.- Sonra üzünü Araz Qurbanova tutur: - Sən də mənə çox tanış gəlirsən...Araz Ümummilli liderin səmimiyyətinə səmimiyyətlə cavab verir:- Yəqin boyum çox uzun olduğuna görə yadnızda qalmışam...

 

- Səni də Moskvadakı görüşümüzdən xatırlayıram. - Heydər Əliyevin bu sözlərindən qürur hissi keçirirəm.- Bəs qorxmadın, Naxçıvana gəldin, özü də tək gəlməmisən, gör nə qədər jurnalist gətirmisən. Bilirəm, Bakıda Naxçıvana gələnləri təqib edirlər, incidirlər, işdən çıxarırlar...
...Söhbətimizi Heydər Əliyevin iş otağında davam etdiririk. Stolun üstündə lampa yanır. Bu böyük insanın mehriban, eyni zamanda zəhmli çöhrəsi lampa işığında da möhtəşəm görünür...Tez - tez söhbətimiz yarımçıq qalır. Heydər Əliyev Süleyman Dəmirəllə, İran prezidenti Rəfsancani ilə danışır, sonra yenə üzünü bizə tutur:

- Bax, görürsünüz, Bakıdakı vəziyyət haqqında məlumatı xarici ölkə rəhbərlərindən alıram. Bakıdan heç telefonuma da cavab vermirlər...Bakıdan qəzet - jurnal da almırıq, Naxçıvana ara - bir "Səhər" qəzeti gəlir, vəssalam. Başqa qəzetlər Naxçıvanda baş verən hadisələri işıqlandırmırlar. Hətta göndərdiyimiz rəsmi materiallar da dərc olunmur...Camaat İranla Türkiyənin ümidinə qalıb, bunlar da Bakıda kreslo davası eləyirlər. Gündə Ermənistan prezidenti Levon Ter - Petrosyanla üç - dörd dəfə əlaqə saxlayıram. Mən burada vəziyyəti qaydaya salmağa çalışıram, onlar Bakıda ağılsız hərəkətlər edirlər. Naxçıvanda hər gün neçə igid övladımız şəhid olur. Nə vaxtadək analarımız, bacılarımız göz yaşı tökəcəklər?..

...Söhbət "Pravda" qəzetindən düşür. Mən deyirəm ki, görüşdə iştirak edən Telman Fərəcov həmin qəzetin təmsilçisidir. Heydər Əliyev üzünü Telmana tutur:

- Mən "Pravda" qəzetinə nifrət edirəm! Düzdür, əvvəllər o qəzeti sevmışəm, amma indi nifrət edirəm!..

Heydər Əliyev bu "nifrət edirəm" ifadəsini elə qəribə intonasiya ilə işlətdi ki, Teman Fərəcov qıpqırmızı qızardı. Bu, Ümummilli liderin diqqətindən yayınmadı. O, Telmanın könlünü almağa çalışdı:

- Dediklərim şəxsən sizə aid deyil, təmsil etdiyiniz qəzetə və rəhbərlərinizə aiddir, bunu onlara çatdırarsınız..."Pravda" mənimlə bağlı qarayaxma kampaniyası aparıb, çox böyük ədalətsizlik edib...
Biz Naxçıvana Heydər Əliyevə sual verməyə getmişdik, amma sualları o bizə verirdi...Dörd saatın necə gəlib - keçdiyini hiss eləmədik. Bu böyük insandan ayrılmaq da istəmirdik...Heydər Əliyev dəstəyi qaldırıb kiməsə zəng elədi:

- Şəmsəddin, salam, sən bir mənə de görüm, cəmi ikicə saatlığa Naxçıvanın işıqlarını yandıra bilərsən? Bir qrup jurnalist bizə qonaq gəlib. "Təbriz" mehmanxanasında gecələyib səhər tezdən Türkiyəyə yola düşəcəklər. Sonra, sən belə elə, jurnalist adamdılar, tapşır ki, sərhəddi keçəndə onlardan rüsum almasınlar...

Məlum oldu ki, Heydər Əliyev Naxçıvan Respublikasının baş naziri Şəmsəddin Xanbabayevlə danışır. Heydər Əliyev iki saatlığa işıqların yandırılmasını tapşırmışdı, Şəmsəddin müəllim elə şərait yaratdı ki, işıqlar dörd saat yandı. Biz sərhəddi keçənədək Heydər Əliyevin qayğısını hiss etdik...

 

CityPost.az  həmin  görüşdə iştirak etmiş tanınmış  şair  Şəmsi Vəfadarla  əlaqə saxlayıb.  Şəmsi Vəfadar Heydər Əliyevlə  Naxçıvanda baş tutmuş həmin görüşlə bağlı  xatirələrini  bizimlə  bölüşüb:

“Heydər Əliyev çox diqqətcil şəxs idi. Onunla dəfələrlə  rəsmi və qeyri-rəsmi görüşlərimiz olub. Bütün  bu  görüşlər  mənim həyatımda dərin  izlər buraxıb .İlk  görüşümüz Məzahir  Süleymanzadənin  də qeyd  etdiyi  Naxçıvan  səfərində  baş tutdu. Ümumi  görüşdən sonra  Milli  Lider  məni ayrıca  qəbul  etdi. Heydər Əliyevlə   2  saata  yaxın  söhbət  etdik,maraqlı  müsahibə  aldım. Həmin dövrdə baş verən ictimai-siyasi hadisələr,Naxçıvanın  blokadası  müsahibəmizin  əsas  mövzusu  idi. Lakin  həmin müsahibəni  o  vaxtlar  mövcud olan qəzetlərin hamısı  yayımlamaqdan imtina etdi...  Sonrakı  görüşlərimizin  birində  Heydər  Əliyev cənabları  ondan aldığım  müsahibənin  niyə  Respublika  əhəmiyyətli qəzetlərdə çıxmamasının  səbəbini  soruşdu.  Mən ona  sözügedən  müsahibəni qəzetlərin  yayımlamağa   cəsarət  etmədiyini  bildirdim.  O vaxtlar  Ulu Öndərin müsahibəsini yayımlamaqdan imtina edən qəzetlərin  baş redaktorların övladları  bu gün yüksək vəzifələrdə çalışır, özləri  isə  deputat  kürsülərində  otururlar... Amma, sağolsun  ki, Xeyrəddin  Qoca  o zaman  “Korlar  Cəmiyyətinin” qəzeti  olan “Dan Ulduzu”nda  mənim   H.Əliyevlə  olan  müsahibəmi  vermişdi...     Demək olar ki, Xeyrəddin o zaman həmin qəzeti çəkinmədən Heydər Əliyevin qəzetinə çevirmişdi.

 

Çinə rəsmi səfərdən foto

 

Ulu   Öndərlə  bağlı  xatirələrim   çoxdur. Onlardan  biri də Çinə təşkil olunmuş rəsmi səfər idi. Həmin  səfərdə  70-dan çox  şəxs  iştirak  edirdi. H.Əliyev çox səmimi insan idi. Təyyarədə nümayəndə heyəti ilə eyni salonda  əyləşmişdi. Uçuş boyu  nümayəndə  heyəti ilə çox  səmimi  danışır, onlarla zarafat  edirdi. Səfər zamanı  Heydər Əliyevlə  məşhur   Çin  səddinə  də  qalxdıq. Həmin xatirələri heç zaman  unutmaram.O, yeganə Türk Dövlət başçısı idi ki, bir zaman türklərə qarşı çəkilmiş səddi fəth edirdi.”,-  deyə Şəmsi Vəfadar bildirib.

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu