Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125405
az

İbadət Məhərrəmov geri çəkildi

13:5610 Dekabr, 2024
7
CƏMİYYƏT
  • A

Ağstafa rayon Köçəsgər kənd sakini  Mehman  Məmmədovun  iddiasına  görə, tanışı şəmkirli iş adamı İbadət Məhərrəmov  ondan oğlu Sərxan Məmmədovun    yüngül  cəza veriləcəyi adı ilə   58 min manat və 4500 ABŞ dolları pulunu aldatma yolu ilə ələ keçirdiyinə dair dəfələrlə ətraflı məlumat vermişdik.

CityPost.az xəbər verir  ki,Mehman Məmmədovun dediyinə görə, aldatma yolu ilə ələ keçirdiyi pulları İbadət Məhərrəmovdan dəfələrlə  geri tələb etsə də, O danışıqlar yolu ilə vaxt udmağa çalışmış və nəticədə aldığı pulları geri qaytarmaqdan imtina etmişdir. Əlacsız qalan zərərçəkən  Mehman Məmmədov Baş Prokurorluğa məruz qaldığı dələduzluq əməlinə görə müraciət edib.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Azər Kazımov tərəfindən araşdırılan iş hadisənin baş verdiyi əraziyə -aiddiyatı üzrə Tovuz Rayon Polis Şöbəsinə göndərilmişdir.

Cinayət İşi Tovuz Rayon Polis Şöbəsinin  müstəntiqi baş polis leytenantı  Elnar Məmmədov tərəfindən yetərincə araşdırılmadığı  üçün Tovuz Rayon Prokuroru tərəfindən yenidən hərtərəfli araşdırma üçün istintaq mərhələsinə qaytarılmışdır.

Bu barədə zərəçəkmiş Mehman Məmmədova Tovuz Rayon Prokurorluğu tərəfindən məktub da göndərilib. Müstəntiq Elnar Məmmədovun ləğv edilmiş qərarından ruhlanan İbadət Məhərrəmov zərərçəkmiş Mehman Məmmədovu şərəf və ləyaqətini alçaltdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə dair xüsusi ittiham qaydasında Ağstafa Rayon Məhkəməsinə müraciət edib. İbadət Məhərrəmov tərəfindən verilmiş  xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə iş  Ağstafa rayon məhkəməsinin hakimi Natiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə iclasında araşdırılıb.

Mehman Məmmədov məhkəməyə vəsatət verərək bildirmişdi ki, Tovuz Rayon Prokurorluğu  müstəntiq Elnar Məmmədov tərəfindən onun şikayətinə əsasən cinayət işinin başlanmasının rədd olunmasına dair çıxardığı qərar ləğv edildiyi üçün İbadət Məhərrəmovun onun barəsində məhkəməyə verdiyi şikayət ərizəsi baxılmamış  saxlanılmalıdır.Hakim Natiq Abbasov tərəfindən vəsatət  təmin edilərək və Tovuz Rayon Polis Şöbəsinə  müvafiq sorğu göndərilmişdi. Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, şikayətçi M.Məmmədovun ərizəsi əsasında İbadət Məhərrəmov barədə materiallar toplanıb,araşdırma aparılır. 8 dekabr  2024-cü il tarixdə keçirilən məhkəmə iclasına İ.Məhərrəmovun  vəkili  Bəxtiyar Muradov elektron qaydada  ərizə ilə müraciət edərək müvəkkilinin M.Məmmədov barədə verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürdüyünü bildirib.

CityPost.az  zərərçəkmiş  Mehman Məmmədovdan baş verənlərə dair münasibət öyrənib. O, deyib: “ Mənim İbadət Məhərrəmovla şəxsi ədavətim,yaxud hər hansı bir düşmənçiliyim yoxdur.Hüquq-mühafizə orqanlarına yazdığım ərizədə,eləcə də dəfələrlə onun özünə və elçilərinə bildirmişəm ki, mənə vurduğu maddi ziyanı ödəsin.İbadətin cinayət məsuliyyətinə cəlb olunmasının,yaxud hər hansı bir qaydada tənbeh edilməsinin qətiyyən  tərəfdarı deyiləm. O,illərdir ki,mənim başıma açdığı işlərlə məşğuldur.Onun ölkədən kənarda və ölkə içində törətdiyi bu kimi digər əməllərindən də xəbərdaram.Əgər,yola gəlməsə,sözsüz ki,törətdiyi əmələ görə məsuliyyətə cəlb ediləcək və qanunvericiliyin tələblərinə uyğun şəkildə cəzasını alacaq.Amma digər tərəfdən bu da yaxşı haldır ki, İbadət gec də olsa, səhv etdiyini  deyəsən yavaş-yavaş başa düşür.”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu