Avropa Komissiyası (AK) Estoniya-Rusiya sərhədində nəzarət tədbirlərini gücləndirmək üçün Estoniyaya 19,4 milyon avro ayırmağa qərar verib.
Oxu24.com xəbər verir ki, "Vəsait elektron müşahidə avadanlığının modernləşdirilməsinə və telekommunikasiya şəbəkələrinin təkmilləşdirilməsinə yönəldiləcək", - məlumatda deyilir.
Oxşar məqsədlər üçün Polşaya 52 milyon avro, Finlandiyaya 50 milyon avro, Latviyaya 17 milyon avro, Norveçə 16,4 milyon avro, Litvaya 15,4 milyon avro ayrılacaq.
Nigar
Oxu24.com
ŞƏRHLƏR