Ukrayna prezidenti Vladimir Zelenski CBN telekanalına müsahibəsində bildirib ki, ukraynalılar seçilmiş Amerika prezidenti Donald Tramp və onun komandasına güvənir.
Oxu24.com xəbər verir ki, “Bu gün insanlar ABŞ-ın yeni administrasiyasına, yeni prezidentə belə ümid bəsləyirlər və insanlar onun dediklərinə inanırlar”, - deyə Ukrayna lideri bildirib.
O, həmçinin Trampın Ukrayna münaqişəsinə 24 saat ərzində son qoymaq istəyi ilə bağlı sözlərinə münasibət bildirib. Zelenskinin sözlərinə görə, bu o deməkdir ki, ABŞ-ın yeni prezidenti mövcud vəziyyəti tez bir zamanda həll etmək istəyir.
Dekabrın 7-də axşam saatlarında Tramp, Zelenski və Fransa prezidenti Emmanuel Makron arasında üçtərəfli görüş baş tutub. Bu, dünyanın hər yerindən liderlərin qatıldığı Notr-Dam Katedralinin bərpadan sonra açılış mərasimindən əvvəl baş tutub. Fransa, ABŞ və Ukrayna prezidentləri təxminən yarım saat danışıblar, daha sonra ayrı-ayrılıqda Notr-Dam kilsəsinə yollanıblar.
Zelenski ilə görüşdən sonra Tramp deyib ki, Ukrayna lideri sülh istəyir və əlavə edib ki, o, artıq “gülünc müharibəyə son qoymaq üçün konsepsiya üzərində işləyir”. Lakin Zelenski özü Trampın dərhal atəşkəs çağırışını rədd edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR