Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125372
az

Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə- 9 il həbs!

11:3712 Dekabr, 2024
20
KRİMİNAL
  • A

Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham edilən sabiq şöbə rəisi Elşən Quliyevə hökm oxunub.

Oxu24.com  xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi E.Quliyevə 9 il həbs cəzası verilib.

O, Cinayət Məcəlləsinin 311 və 312-1-ci (rüşvət alma və nüfuz alveri) maddələri üzrə təqsirli bilinib.

Qeyd edilib ki, E.Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.

Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində alması, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsi müəyyən edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki keçmiş nazir həbs olundu
İş yerində ürəyi dayanan fəhlə kimdir?
20 yaşlı oğlana 18 il həbs cəzası verilib

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu