Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125324
az

Qırğızıstanda aeroportda bomba həyəcanı

16:4011 Dekabr, 2024
24
DÜNYA
  • A

Bu gün Bişkekdəki "Manas" Beynəlxalq Aeroportunda bomba xəbərdarlığı səbəbindən sərnişinlərin təcili təxliyəsi həyata keçirilib.

Oxu24.com ın "Sputnik Qırğızıstan"a istinadla verdiyi məlumata görə, bu barədə hava limanının Mətbuat Xidməti xəbər yayıb.

Bildirilir ki, partlayış təhlükəsi barədə məlumat aeroportun elektron poçtuna daxil olub.

Təhlükəsizlik məqsədilə daxili reyslərə qeydiyyat qismən dayandırılıb və sərnişinlər təcili olaraq aeroport binasından təxliyə ediliblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bütün otaqların və baqajın hərtərəfli yoxlanışını aparırlar.

Qeyd edək ki, dekabrın 2-də də aeroporta bomba barədə məlumat daxil olmuş, ancaq sonradan həmin məlumat yalan çıxmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Paşinyan yaxın aylarda istefa verəcək"
"ABŞ-nin heç bir sahədə rəqibə ehtiyacı yoxdur" -Lavrov
Ukraynada hərbi vəziyyət rejimi         yenə      uzadıldı