Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olacaq konstitusiya komitəsi yaradılacaq.
Oxu24.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi idarəetmə üzrə nümayəndəsi məlumat verib.
“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq”, - deyə müxalifət rəsmisi bildirib.
“Yeni Suriya ədalət və qanun əsasında qurulacaq və bədnam həbsxanalara yer olmayacaq. Keçmiş rejimin səhifəsini çevirəcəyik.
Suriyalıların qanına batırılmış rəmzlər ədalətli mühakimə olunacaq”, - deyə açıqlamada qeyd edilir.
Oxu24.com
ŞƏRHLƏR