Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125300
az

Makron Gürcüstana kömək təklif edib

20:1011 Dekabr, 2024
52
DÜNYA
  • A

Fransa prezidenti Emmanuel Makron "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının yaradıcısı Bidzina İvanişvilini ölkədəki vəziyyətin yüngülləşdirilməsinə kömək etmək üçün dəvət edib.

Oxu24.com bu barədə Gürcüstanın hakim partiyasının mətbuat xidmətinin bəyanatına istinadən xəbər verir.

Qeyd olunur ki, müvafiq təklif Fransa liderinin təşəbbüsü ilə Makronla İvanişvili arasında baş tutan telefon danışığı zamanı səsləndirilib. “Gürcü arzusu”nun yaradıcısı təşəbbüsə görə Fransa prezidentinə təşəkkür edib. Qeyd olunur ki, tərəflər yaxın günlərdə yenidən əlaqə saxlamağa razılaşıblar.

“Fransa prezidentinin təşəbbüsü ilə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili ilə Emmanuel Makron arasında telefon danışığı olub. Makron qeyd edib ki, o, Gürcüstandakı vəziyyətdən təəssüflənir və bu vəziyyətin tam aradan qaldırılmasına töhfə vermək arzusundadır”, - partiyanın bəyanatında deyilir.

Bundan əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat vermişdi ki, Gürcüstanda etiraz aksiyalarının təşkilatçıları dekabrın 14-nə təyin edilmiş ölkədə keçiriləcək prezident seçkilərini pozmağa çalışacaqlar. Kəşfiyyat xidmətinin məlumatına görə, onlar cəmiyyətdə etiraz əhval-ruhiyyəsini yüksəltmək üçün vəziyyəti mümkün qədər gərginləşdirmək və etirazçılar arasında itkilər vermək niyyətindədirlər.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Netanyahu İsrailin Qəzzada müharibəni bərpa edə biləcəyi şərti açıqlayıb
Litva müdafiə xərclərini ÜDM-in 5-6%-nə qədər artıracaq
Tramp və Si Cinpin arasında telefon danışığı olub

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı