Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Bloomberg”in milyarderlər siyahısında 391-ci yerdə qərarlaşıb.
Oxu24.com xəbər verir ki, onun sərvəti 7,73 milyard dollardır.
İqtisadi nəşrin məlumatına görə, ilin əvvəlindən noyabrın 9-dək milyarderin sərvəti 1,13 milyard dollar artıb. Ümumilikdə nəşrdə dünyanın 500 milyarderinin adı yer alıb.
Bloomberg hesab edir ki, İvanişvilinin sərvətinin böyük hissəsi səhmlər, sabit gəlirli aktivlər və pul vəsaitləri, alternativ investisiyalar və əmtəələrdədir. Bundan əlavə, partiyanın fəxri sədri 1 milyard dollarlıq sənət kolleksiyası toplayıb.
İvanişvili var-dövlətini 1990-cı illərdə Rusiyada qazanıb, sonra Gürcüstana köçüb və orada uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. 2011-ci ildə o, siyasətə girmək niyyətini açıqladı və 2012-ci ilin oktyabrında keçirilən seçkilərdən sonra dörd başqa partiya ilə koalisiyada hakimiyyətə gələn “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasını qurdu.
Miri
Oxu24.com
ŞƏRHLƏR