Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125271
az

İstefa verən müdafiə naziri intihara cəhd etdi

12:1811 Dekabr, 2024
35
DÜNYA
  • A

Cənubi Koreyanın həbs edilmiş keçmiş müdafiə naziri Kim Yong-Hyun intihara cəhd edib.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb. 

Bildirilib ki, sabiq nazir Seulun şərqində istintaq təcridxanasında həyatına son qoymağa çalışıb. 

Bununla belə, hadisənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kim Yong-Hyun ölkə Prezidenti Yun Sok Yola qiyam təşkilində kömək etmək ittihamı ilə həbs edilib. Prokurorluq keçmiş naziri qiyam zamanı “vacib fəaliyyətlərdə” və hakimiyyətdən sui-istifadədə ittiham edərək onun həbsinə order vermişdi. 

Onu da xatırladaq ki, dekabrın 3-də Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Sənədin lehinə 190 deputat səs verib. Bunun ardınca, Yun Sok Yol geri addım ataraq ölkədəki hərbi vəziyyəti ləğv edəcəyini açıqlayıb. 

Daha sonra Kim Yong-Hyun hərbi vəziyyətin elan olunmasından sonra yaranan vəziyyətə görə vətəndaşlardan üzr istəyib və istefa verib. Prezident Yun Sok Yolun isə ölkədən çıxışına qadağa qoyulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb