Macarıstanın baş naziri Viktor Orban bildirib ki, dünya köklü dəyişikliklərlə üz-üzədir və liberal siyasi nizama son qoyulub.
Oxu24.com xəbər verir ki, “Yalnız öz imkanlarından maksimum istifadə edən ölkələr gələcək dəyişikliklərin qalibi ola biləcəklər. Öz dəyərlərini qoruya bilməyənlər qısa zamanda əhəmiyyətini itirəcəklər”, - Orban bildirib.
Macarıstanın baş naziri əmin edir ki, Qərb sivilizasiyasının beş yüz illik hökmranlığı dövrü başa çatıb, bütün dünyanın qərbləşməsi strategiyası iflasa uğrayıb və dünya iqtisadiyyatının mərkəzi Şərqə keçib.
Orban qeyd edib ki, Macarıstan “Şərqin ən qərbi və Qərbin ən şərqi ölkəsidir” və bütün dünya iqtisadi mərkəzləri ilə əlaqələr qurmaq istəyir. Orban deyir ki, Budapeşt öz tarixindən, iqtisadi quruluşundan və mədəniyyətindən istifadə etməlidir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR