"Starlink"in analoqu olan "Kulisa" mobil rabitə kompleksi Belarusda hərbi qulluqçular tərəfindən istifadə olunmağa başlanıb.
OXU24.COM bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər verir.
Nazirlikdən bildirilib ki, “Kulisa” Belarusda xüsusi olaraq ordunun ehtiyacları üçün hazırlanıb, kompleks artıq xidmətə başlayıb.
Bundan əlavə, Belarusun Dövlət Hərbi-Sənaye Komitəsi “Buk-MB2” hava hücumundan müdafiə sisteminin məhvetmə zonasını əhəmiyyətli dərəcədə artıran 9M318 zenit-raket kompleksinin sınaqlarının yekun mərhələsini uğurla həyata keçirib. Raket intensiv elektron əks tədbirlər altında manevr edən aerodinamik hədəfləri, həmçinin yerüstü və radiokontrastlı hədəfləri vura bilir.
Dekabrın 6-da Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkə rəhbərliyi Belarus ərazisində “Oreşnik” raket sisteminin yerləşdirilməsini mümkün hesab edir. Dövlət başçısı deyib ki, Moskva bu raketləri 2025-ci ilin ikinci yarısında qonşu respublikaya göndərə bilər.
Belarus prezidenti Aleksandr Lukaşenko vurğulayıb ki, Putin Belarusun şərtləri ilə razıdır ki, “Oreşnik” raket sistemləri ölkə ərazisində yerləşdirilərsə, zərbələr üçün hədəfləri məhz onun hakimiyyət orqanları müəyyən edəcək.
Oxu24.com
ŞƏRHLƏR