Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12523
az

Xaçmazda 62 yaşlı məktəb direktorundan 6-cı sinif şagirdinə qarşı iyrənc hərəkət — MƏHKƏMƏ

11:2929 Aprel, 2019
1356
KRİMİNAL
  • A
 
Xaçmaz rayonunda şagirdinə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən 62 yaşlı Gülfərz Məstan oğlu Alxasovun barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə kassasiya şikayət göndərilib.

"Ölkə.Az" xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyul ayının 2-nə təyin olunub.

İttiham aktına görə, Gülfərz Alxasov 1996-cı ildən Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyib.

O, orta məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü M. F. R. qızına qarşı əxlaqsız hərəkətlər edib.

İttihama görə, Gülfərz Alxasov Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbinin direktoru vəzifəsində işləyərkən öz cinsi ehtirasını təmin etmək məqsədi ilə azyaşlı şagirdi Fidan Məhərrəmovaya qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəlib.

Bu məqsədlə o, 20 sentyabr 2017-ci il tarixdə Fidan Məhərrəmovanı xidməti otağına çağırıb. O, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.
Daha sonra Gülfərz Alxasov bu hərəkətlərinin heç kimə deməməsi barədə şagirdinə hədə-qorxu gəlib. Sonra o, növbəti günlərdə M. F.-nı  xidməti otağına çağıraraq, ona qarşı iyrənc əməllərini davam etdirib.
Gülfərz Alxasovun bu hərəkətləri həmin ilin oktyabrın 30-dək davam edib. O, hər dəfə azyaşlı qızı xidməti otağına çağıraraq, onunla seksual xarakterli hərəkətlər edib.

İddia olunur ki, Gülfərz Alxasov 6-cı sinifdə oxuyan qızı hər dəfə otağına çağıranda, onun dodağından öpüb, sonra digər hərəkətlər edib.

Sonuncu dəfə oktyabrın 30-da Gülfərz Alxaasov xidməti otağına çağırdığı şagirdi ilə intim münasibətdə olmağa başlayıb. O, Fidan Məhərrəmovanı kreslosunda oturduğu vaxt qucağına alıb və öpməyə başlayan zaman məktəbin işçilərindən biri içəri daxil olub.

Bundan sonra Gülfərz Alxasovun hərəkətlərinin üstü açılıb. Onun bu hərəkətləri qəsəbədə yayılıb və olaydan xəbərdar olan qızın valideynləri polisə şikayət ediblər.

Şikayət əsasında Gülfərz Alxasov həbs edilib. İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 153.3-cü (yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR