Rusiya Federasiyası Prezidentinin köməkçisi Andrey Fursenko viruslar deyil, digər mikroorqanizmlər tərəfindən törədilə bilən yeni qlobal pandemiyanın qaçılmaz olduğunu elan edib.
OXU24.COM “Kommersant”a istinadla xəbər verir ki, o, rusiyalı alimləri yeni vaksinlərin yaradılması üzrə tədqiqatları dayandırmamağa çağırıb.
"Həmkarlar, yeni bir pandemiya olacaq. O, mütləq orada olacaq", Frusenko çağırış edib.
Prezidentin köməkçisinin sözlərinə görə, bunun virus və ya göbələk olacağı məlum deyil, amma "biz ondan qurtula bilməyəcəyik".
Fursenko, preparatların yaradılması üçün əsas ola biləcək "blankların" hazırlanmasının vacibliyini vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR