ABŞ-ın Raketdən Müdafiə Agentliyi (MDA) ilk dəfə olaraq orta mənzilli ballistik raketlərin qarşısının alınması sistemini uğurla sınaqdan keçirib.
OXU24.COM xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sınaqlar Sakit Okeanın qərbində yerləşən Quam adasında keçirilib.
Sınaq zamanı Aegis Quam raketdən müdafiə sistemi RTX korporasiyası tərəfindən hazırlanmış SM-3 Block IIA raketini atıb. Agentlik nümayəndələri bildiriblər ki, o, Andersen hərbi bazası yaxınlığındakı hədəfi ələ keçirib.
Sınaq Çindən təxminən 3 min km aralıda yerləşən Quam adasının müdafiə sisteminin inkişafında mühüm addım olub.
Oxu24.com
ŞƏRHLƏR