Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada əməliyyata başlayıb.
OXU24.COM xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.
Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 tır, iki tank və iki sursat anbarı məhv edilib.
Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.
MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.
Oxu24.com
ŞƏRHLƏR