İsrail Suriyanın Latakiya bölgəsinə hücum edərək Suriyaya məxsus hərbi gəmiləri məhv edib.
Oxu24.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, gəmilər dəniz-dəniz raketləri daşıyırmış. Mənbə aydınlaşdırıb ki, zərbələrin məqsədi sonradan İsrail qüvvələrinə qarşı istifadə oluna biləcək gəmiləri və silahları məhv etmək olub.
Nəşrin qeyd etdiyi kimi, yəhudi dövləti son 24 saat ərzində Suriyanın 250-dən çox hərbi obyektinə zərbələr endirib.
Dekabrın 9-da axşam saatlarında “Al Mayadeen” telekanalı İsrailin Suriya ordusunun Latakiya əyalətindəki mövqelərinə zərbələr endirməsi barədə məlumat yayıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR