İlon Mask "Time" jurnalının onu "İlin adamı" adlandırmasına reaksiya verib.
Oxu24.com xəbər verir ki, bu barədə milyarder "X" sosial şəbəkəsində yazıb.
Belə ki, Mask jurnalın onu "İlin adamı" adlandırmasına "Mən bunu həqiqətən istəmirəm" cavabını verib.
"Time" jurnalı 1927-ci ildən bəri hər il özünün "İlin adamı"nı seçir. "Tesla" və "SpaceX", "X" və "Neuralink" neyrotexnologiya şirkətinin rəhbəri İlon Mask artıq 2021-ci ildə "İlin adamı" seçilib.
Bundan əvvəl nəşr ilin adamı adına namizədlərin qısa siyahısını dərc edib.
Oxu24.com
ŞƏRHLƏR