Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125191
az

Bəşər Əsəd 135 milyard dollarla Rusiyaya qaçıb- İDDİA

15:2610 Dekabr, 2024
17
DÜNYA
  • A

Suriyada Bəşər Əsəd rejimi 13 il davam edən vətəndaş müharibəsindən sonra devrilib. Ölkəsini tərk edən Əsəd və ailəsi Rusiyaya sığınıb. Bunun fonunda Əsədin 135 milyard dollarla Rusiyaya qaçdığı iddia edilib. 

Oxu24.com  "Türkiyə" qəzetinə istinadən xəbər verir ki, bu iddialar Şamdakı rejim kəşfiyyatından Halid Beyye tərəfindən yayılıb. 

Beyye Əsədin Rusiyaya qaçaq yolla 135 milyard dollar apardığını iddia edib.

Nəşr Beyyenin sözlərinə əsasən yazıb ki, "İddialar doğrudursa, bu zaman Əsəd dünyanın ən zəngin qaçqınıdır"

Digər tərəfdən müxalif qruplar Əsəd ailəsinə aid gizli tunel şəbəkəsini üzə çıxarıb. Əsədin qardaşı general-mayor Mahir Əsədə məxsus malikanədə nəhəng tunel kompleksi tapılıb.

Köşkün altındakı nəhəng tunelin qızıl daşıyan yük maşınlarının keçə biləcəyi qədər geniş olduğu bildirilib.

Devrilmiş lider ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya sığınıb. Lakin amansızlığı ilə tanınan qardaşının harada olduğu bilinmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avropa Komissiyasından Ermənistanla bağlı açıqlama
Böyük Britaniyanın baş naziri Ukraynaya qoşun yeridilməsi ilə bağlı səfər edəcək
Panama prezidenti Trampdan müdafiə istəyir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb