Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125185
az

Ağadadaş Ağayev "Medera Hospital"dan yarım milyon istəyir

14:5410 Dekabr, 2024
43
KRİMİNAL
  • A

Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.

Oxu24.com  xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib.

Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.Proses yanvarın 16-da davam edəcək.

Qeyd edək ki, Xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir.

Ağadadaş Ağayev "Medera Hospital"dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir.

Həmçinin, "Medera Hospital"da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb.

Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir./Report

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda kişi avtomobildə yanaraq ölüb
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Faciəli şəkildə öldü

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb