Suriyanın müxalifət qüvvələri devrilmiş lider Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədi Latakiyadakı şəhər meydanında edam edib.
Bu barədə Oxu24.com "MOUZE" teleqram kanalına istinadla xəbər verir.
Qeyd edək ki, Suriyada 61 illik Əsəd rejimi noyabrın 27-də ölkə daxilində silahlı müxalifət qüvvələrinin başlatdığı əməliyyatdan sonra sona çatıb. Ailəsi ilə birlikdə Moskvaya qaçan devrilmiş lider Bəşər Əsəd Dəməşqi də itirib.Əsəd ailəsi arasında ölkəni tərk edə bilməyənlər də olub. Onlardan biri Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd idi. O, Latakiyada xalq tərəfindən saxlanılıb. Qəzəbli izdiham Süleyman Hilal Əsədi şəhər meydanında asıb. Bu anlar kameraya düşüb.
Oxu24.com
ŞƏRHLƏR