İstanbuldan Kazana uçan Türk Hava Yollarına məxsus təyyarə Samarada məcburi eniş edib.
Oxu24.com xəbər verir ki, bu barədə Volqa Nəqliyyat Prokurorluğunun Telegram kanalı məlumat yayıb.
İdarədən verilən məlumata görə, hadisə dekabrın 10-da gecə saat iki radələrində baş verib.
Prokurorluğun məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən təyyarə yerə enməli olub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR