Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12516
az

Corabını qurutmaq istədi, evinə yanğınsöndürənlər gəldi - BAKIDA

10:1829 Aprel, 2019
704
KRİMİNAL
  • A
 
Bakıda bir mənzilin tüstüləməsi qonşuları ciddi təşvişə salıb.

Oxu24.com ONA-nın xəbərinə görə, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

Əraziyə dərhal yanğından mühafizə bölmələri, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qonşular yanan mənzilin sahibinin evdə olduğunu bildiriblər. Dərhal xilasetmə əməliyyatına başlanılıb. Tüstülənmə müşahidə olunan evin sahibi çağırışlara cavab vermədiyindən mənzilin qapısı xüsusi alətlərlə açılıb.

Yanğının kəşfiyyatı zamanı evdə bir nəfər aşkar edilib. Həmin şəxs mənzildən çıxarılan zaman ayılıb. Məlum olub ki, ev sahibi tüstüdən zəhərlənməyib, sadəcə dərin yuxuya getdiyindən evin yanmasından xəbərsiz olub. Hətta qapının sındırılması və ətrafdakı səs-küy də onu yuxudan oyatmayıb. Mənzildən çıxarılan şəxs xilas edildiyinə görə təşəkkür etmək əvəzinə, mənzilinin qapısının sındırılmasını əsas gətirərək, hər kəsi məhkəmə ilə hədələyib. O, hətta ONA-nın hadisə yerində olan əməkdaşlarının peşə fəaliyyətinə də müqavimət göstərərək mane olmağa çalışıb.

Baş vermiş yanğının səbəbinə gəlincə, məlum olub ki, ev sahibi yuduğu corabları qurutmaq üçün bir qazana, qazanı da qızdırıcının üstünə qoyub. Özü isə bu vaxt yuxuya gedib. Qızdırıcının üstündə qalan corablar sonradan yanaraq güclü tüstülənməyə səbəb olub.

Baş vermiş hadisə ilə bağlı ev sahibinin izahatı alınıb. Onun 1969-cu il təvəllüdlü İmanov Nəriman İsa oğlu olduğu, həmin mənzildə isə kirayədə yaşadığı müəyyənləşib. Hadisə vaxtı isə o, sərxoş vəziyyətdə olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR
Üzüm yığarkən ölən ər və arvadın FOTOsu
19 gündür axtarılan Narinin cəsədi tapıldı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR