Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125157
az

Netanyahunun məhkəməsini bu kanal yayımlayacaq

12:1910 Dekabr, 2024
28
DÜNYA
  • A

İsrailin baş naziri Benyamin Netanyahu ona qarşı qaldırılan üç cinayət işi üzrə ifadə verəcəyi Təl-Əviv Rayon Məhkəməsinə gəlib.

Oxu24.com xəbər verir  ki, məhkəmə zalından yayımı “Kan” dövlət televiziya və radio şirkəti həyata keçirir.

Jurnalistlər qeyd ediblər ki, Netanyahu məhkəmədə ifadə verən ilk İsrail Nazirlər Kabinetinin hazırkı rəhbəri olub.

Baş nazir dələduzluqda və etibardan sui-istifadədə ittiham olunur (“1000-ci iş”). Müstəntiqlərin fikrincə, Netanyahu və ailə üzvləri amerikalı prodüser Arnon Milçan və Avstraliyada çalışan  israilli iş adamı Ceyms Pakerdən bahalı hədiyyələr qəbul ediblər. Onların dəyəri 700 min şekeldən (təxminən 196 min dollar) çoxdur.

Həmçinin, İsrail hökumətinin başçısı Yediot Ahronot (Ynet) qəzetinin sahibi Arnon Moses ilə sui-qəsddə “2000-ci il işi”ndə dələduzluqda və etibardan sui-istifadədə ittiham olunur.

İş üzrə istintaq 2016-cı ilin dekabrında başlayıb. Həmin ilin noyabrında Netanyahuya qarşı ittiham irəli sürülüb. Məhkəmə 2020-ci ilin mayında başlayıb, 140-a yaxın şəxs artıq ifadə verib.

Əvvəllər Estoniya Netanyahu və Qalanta qarşı BCM-nin orderini dəstəkləyib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb