Türkiyənin tanınmış aktyoru Selçuk Yöntemin həyatı ilə bağlı sənədli film çəkilir.
Oxu24.com xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.
“Selçuk bey yes man” adlı ekran işi 100 dəqiqədən ibarət olacaq.
Berlin, London, Köln, Bodrum, Kipr, Ankara və İstanbulda çəkilən sənədli filmdə Beren Saat, Hazal Kaya, Hilal Saral, Oktay Kaynarca kimi bir çox məşhur Selçuk Yöntemlə bağlı xatirələrini bölüşüb.
Çəkilişləri tezliklə başa çatacaq layihə rəqəmsal platformada yayımlanacaq.
Qeyd edək ki, Selçuk Yöntem “Kurtlar Vadisi”ndəki “Aslan Akbey”, “Aşk-ı Memnu” serialındakı “Adnan” obrazları ilə yaddaşlarda qalıb.
Xatırladaq ki, daha əvvəl Adilə Naşit, Barış Manço kimi əfsanələrin də həyatı film olub.
Oxu24.com
ŞƏRHLƏR