Türkiyənin Xarici işlər naziri Hakan Fidan bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.
Oxu24.com xəbər verir ki, verilən məlumata görə, Fidan və Quterreş arasında baş tutan telefon danışığında Suriya və bölgədəki son vəziyyət dəyərləndirilib.
Görüş zamanı həmçinin BMT başda olmaqla beynəlxalq ictimaiyyətin Suriyada nizamlı siyasi keçidin təmin edilməsi, humanitar yardımların çatdırılması və Suriyanın yenidən qurulması üçün ata biləcəyi addımlar barədə fikir mübadiləsi aparılıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR