Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125043
az

İsrail Suriya ilə sərhəddə bufer zonada olan əraziləri ələ keçirib

18:5709 Dekabr, 2024
65
DÜNYA
  • A

Dekabrın 9-na keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Suriya ilə sərhəddə bufer zonada əlavə ərazilərə nəzarəti ələ keçirib.

Oxu24.com Ynet portalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin rəhbəri İsrael Katz bildirib.

Nazir bildirib ki, o, İsrail dövlətini təhdid edə biləcək ağır strateji silahlardan və terror infrastrukturundan təmiz təhlükəsizlik zonası yaratmaq üçün İD-yə “dərhal Suriyada hərəkətə keçməyi” əmr edib.

Katz əlavə edib ki, o, artıq sərhəd-keçid məntəqələrində Suriya vasitəsilə İrandan Livana silah qaçaqmalçılığına icazə verməməyi, habelə Suriya ərazisində ağır strateji silahların, o cümlədən yerüstü hava hücumundan müdafiə raketləri, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi üçün tədbirlər görülməsini əmr edib. 

Ötən həftə sonu İsrail ordusu yarım əsrdən artıq müddətdə ilk dəfə olaraq Colan təpələri xaricində Suriya sərhədini keçib. Dekabrın 8-də İDF müqavimətə rast gəlmədən Qolan təpələrində Hermon dağ silsiləsinin Suriya tərəfinə nəzarəti ələ keçirdi. İsrail Hermon dağının cənub yamaclarını özünün suveren ərazisi hesab edir.

Bundan əvvəl ABŞ respublikada baş verən hadisələr fonunda Suriyanın qonşularına yardım vəd etmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə çökən binada aparılan axtarışlara 200 nəfər cəlb edildi
AZAL təyyarəsi ilə bağlı hər şey məlum oldu – Moskvaya “həqiqəti gizlətmə” mesajı
İstanbul-Moskva təyyarəsi Həştərxana məcburi eniş etdi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib