Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12504
az

“Dəfələrlə üzr istədik, dəyən zərər ödəniləcək” - Nazir oğlu “lyuk” olayından danışdı

18:0028 Aprel, 2019
960
CƏMİYYƏT
  • A
 
"Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov kanalizasiya lyukunun qoparaq britaniyalı pilot Corc Rasselin bolidinə zərər yetirməsi olayından danışıb.

Jurnalistlərlə görüş zamanı Rəhimov bildirib ki, "Uilyams” komandasına dəyən zərər mərhələ təşkilatçısının sığortası hesabına ödəniləcək:

"Bizdə küçə trasıdır. Bu səbəbdən də orada 300-dən çox lyuk var. Biz bütün lyukları bərkitmişdik və yarışlar başlamazdan bir neçə gün öncə hər birini yoxlamışdıq. İndiki halda problemi ilk baxışdan görmək mümkün deyildi. Problem aşağı hissədən qaynaqlanmışdı – lyuku saxlayan qarmaqlar paslanmışdı. Buna görə də "Uilyams” komandasının başına belə bir bəla gəldi.

 
Lakin bu kimi hallar baş verir və bunu ilk biz yaşamırıq. Oxşar hadisə Monakoda, Çində və Malayziyada da olub, yəni nəinki şəhər, hətta stasionar traslarda da baş verə bilir. Biz dəfələrlə "Uilyams” komandasından üzr istədik. Komandaya dəyən ziyan sığorta hesabına ödəniləcək. Hələlik hansı məbləğdən söhbət getdiyini bilmirik, lakin o, dəqiq ödəniləcək”.

Rəhimov bildirib ki, hadisədən sonra bütün lyuklar bir daha yoxlanılıb, təşkilatçılar analoji hadisənin təkrar baş verməməsi üçün bütün tədbirləri görüblər:

"Bu olaydan sonra biz hər lyuku dörd dəfə yoxladıq. 100 faizlik təminat, yəqin ki, heç nədə mümkün deyil, lakin biz 99,9 faiz zəmanət veririk. Bir daha belə bir şey baş verməyəcək”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR