Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepə səfəri çərçivəsində “Gənclərlə görüş” adlı tədbirdə iştirak edib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, tədbir zamanı Ərdoğan gənclərin suallarını cavablandırıb.
Türkiyə liderinə sual ünvanlamaq istəyənlər arasında Ərdoğanın nəvəsi Ali Tahir Ərdoğan da olub və bu zaman tərəflər arasında maraqlı dialoq yaşanıb.
Belə ki, mikrofonu götürən gənc “Adım Ali Tahirdir. Cənab Prezidentimiz, əslində mənim sualım yoxdur. 11 yaşlı bir gənc olaraq bu imkanı bizə verdiyiniz üçün sizə çox təşəkkür edirəm”, - deyib.
Bunun ardınca Ərdoğan ondan özünü təqdim etməsini istəyib. O isə gülərək adının Ali Tahir Ərdoğan olduğunu bildirib.
Sözünə davam edən Türkiyə lideri həmin gəncin nəvəsi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Ali Tahir Bilal Ərdoğanın oğludur.
Oxu24.com
ŞƏRHLƏR