Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
125038
az

"Kəpəz"dən 16 mövsümün antirekordu

12:0809 Dekabr, 2024
39
İDMAN
  • A

Misli Premyer Liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar olub.

Oxu24.com  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan” “Səbail” üzərində 2:0 hesablı qələbə ilə xallarının sayını 39-a çatdırıb. Bununla da Elmar Baxşıyevin komandası 1-ci pilləyə yüksəlib. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.

Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.

Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.

Bundan başqa, XVI turda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.

Hansısa komandanın daha çox qola üzülməsi sonuncu dəfə 2008/2009-cu illər mövsümündə təsadüf edib. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.

Qeyd edək ki, tarixin antirekordu isə 1996/1997-ci illər mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya millisi xeyli gerilədi
“Barselona” gənc müdafiəçisi ilə müqaviləni yenilədi
Mourinyo "Lion"la matçdan əvvəl kuryoz hadisə    ilə     üzləşib

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı