Xəbər verdiyimiz kimi, Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatının qalibləri müəyyənləşib.
Oxu24.com un Türkiyə KİV-nə istinadən məlumatına görə, məşhur internet serialı olan “Prens” də ən yaxşı komediya serialı mükafatını qazanıb.
Postmodern serial 16 iyun 2023-cü ildə BluTV platformasında yayımlanıb və qısa müddətdə böyük izləyici toplayıb.
Serialın prodüseri azərbaycanlı biznesmen və kinoprodüser Müşviq Quluzadədir.
Ssenaristləri isə Giray Altınok və Kerem Özdoğan, rejissorları Bülent İşbilen və Gökdeniz Usludur.
Kollektiv mükafat alarkən M. Quluzadəyə təşəkkür edib.
Həmin görüntüləri təqdim edirik:
ŞƏRHLƏR