Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.
Oxu24.com “Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.
Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.
A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdlü Ramin Əliyev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR