Suriyada silahlı üsyançılar Rusiya Hərbi Dəniz Qüvvələri bazasının yerləşdiyi Aralıq dənizi sahilindəki Tartusa daxil olublar.
OXU24.COM xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
İnternetdə üsyançıların Suriyanın keçmiş prezidenti və sürgündəki liderin atası Hafiz Əsədin heykəlini yıxdığını əks etdirən görüntülər yayılıb.
Xatırladaq ki, noyabrın 28-də silahlı Suriya müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçiblər. Onlar Hələb şəhərini ələ keçirərək, növbəti həftə yarım ərzində Hüms və Həmaya daxil olublar.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər.
Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb. Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Əsəd dövlət başçısı postunu tərk etmək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək Suriyanı tərk edib.
Oxu24.com
ŞƏRHLƏR