Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124992
az

Türk blogger "Kontakt Home"dan Türkiyə səfirliyinə şikayət edib - VİDEO

11:2808 Dekabr, 2024
3127
CƏMİYYƏT
  • A

Azərbaycanda yaşayan məşhur türk blogger Ogün Özdemir "Kontakt home"dan şikayətçidir.

Blogger bu barədə Oxu24.com-a özü məlumat verib.

 

Şikayətçi bildirib ki, "Kontakt home"dan bir məhsul alıb və 24 saat keçmədən  aldığı məhsulda  problem olduğunu görüb. Həmin məhsulu geri qaytarmaq istəsə də problemlə üzləşib.Ogün Özdəmir bildirib ki,artıq məsələ ilə bağlı polisə şikayət edib.

 

 

“Aldığım məhsulu  2 saat işlətdim. Gördüm ki, batareyası 95 faizdən 10 faizə düşüb. Məhsulu aldığım "Kontakt Home"un Sahil metrosunun çıxışında yerləşən filiala getdim.Orada məhsula baxdılar və məhsulun servisə gedəcəyini bildirdilər.Azərbaycanda "Apple" şirkətinin rəsmi servisi olmadığını bildirdim onlara.Onlarsa,məhsulunu özlərinin servislərinə göndərdilər.Özlərinin servisi məhsulda heç bir problemin olmadığını bildirdilər.Problem göz qarşısında olduğu halda "Kontakt Home"un öz servisi yalan rəy verdi.Mən "Kontakt Home"un bu qanun pozuntusu ilə bağlı Türkiyə Səfirliyinə və İqtisadiyyat Nazirliyiə  şikayət etmişəm. "Kontakt home"u məhkəməyə də verirəm. Təzminatımı alacam.

Mən, "Kontakt home"un öz ofisinə də şikayət etmək üçün getdim. Mənə dedilər ki, bəlkə zavoddan problemli gəlib. Siz, onu öz batareya aləti ilə şarj edin. 

Mən bu məsələni ictimailəşdirəcəm. Bu məsələnin ardınca gedəcəm,” -deyə o bildirib.

Bəs "Kontakt Home" kimindir?

Sözgügedən şirkətin rəhbəri hazırda deputat olan Elnur Allahverdiyevdir.Milli Məclisin üzvü olan Elnur Allahverdiyev Marat Allahverdiyevin oğludur.

 Elnur Allahverdiyev uzun müddət “ABC Telekom” şirkətinin rəhbəri olub. Bu şirkət “Kontakt Home” mağazalar şəbəkəsinin sahibidir. 

 

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yüksək vəzifəyə təyinatlar oldu
Zaqatalada yeni doğulan        körpə      öldü
Bu işi törədənlər yüksək           məbləğdə      cərimələnəcək

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+