Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124986
az

Lavrov Rusiyanın yeni missiyasını ELAN ETDİ

09:1508 Dekabr, 2024
67
SİYASƏT
  • A

​​​​​​

“Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına töhfə verəcək”.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Doha Forumunun sessiyasında bildirib.

“Mən heç şübhə etmirəm ki, Suriya ilə Türkiyə arasında münasibətlər normallaşdırılmalıdır. Biz kömək etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə o qeyd edib.

Rusiyalı nazir qeyd edib ki, Dohada keçirilən görüşdə Astana formatının iştirakçıları Suriyanın suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib və hökumətlə qanuni müxalifət arasında dialoqa çağırış ediblər. “Biz hərbi əməliyyatları dərhal dayandırmağa və hökumətlə qanuni müxalifət qüvvələri arasında dialoqa başlamağa çağırırıq”, - deyə Lavrov vurğulayıb.

Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, Rusiya Federasiyası Suriyaya hərbi yardım göstərməkdə davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi