Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124974
az

Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək

15:4907 Dekabr, 2024
91
SİYASƏT
  • A

Rusiya prezidenti Vladimr Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında hərbi əməkdaşlıq mövzusunda görüş baş tutub.

OXU24.COM  xəbər verir ki, danışıqlara əsasən, hərbi əməkdaşlıqda mühüm addımlardan biri 2025-ci ildə Belarus ərazisində “Oreşnik” raket sisteminin yerləşdirilməsi olacaq.

Bu kompleks hipersəs döyüş başlıqları ilə təchiz oluna bilən orta mənzilli ballistik raketdir. Lukaşenkonun bu növ silahların tədarükü ilə bağlı müraciətindən sonra Putin raket sistemlərinin yerləşdirilməsini “mümkün” adlandırıb.

O qeyd edib ki, bu, “Oreşnik” istehsalının artması ilə baş verə bilər. Bu qərar silahlarını müttəfiq dövlətlərdə yerləşdirən ABŞ-ın strateji yanaşmasına bənzədilib.

Qeyd edək ki, Rusiya və Belarusun müdafiə nazirlikləri daha əvvəl ikitərəfli əməkdaşlıq planı imzalayıblar. Bu plan 2027-ci ilə qədər 160-dan çox birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.

Bu ilin oktyabrında Rusiya və Belarusun birgə qoşun qruplaşmasının yaradılması haqqında da razılıq əldə olunub. Lukaşenko vurğulayıb ki, Belarus öz ərazisinə xeyli sayda Rusiya hərbi qulluqçusunu qəbul etməyə hazırdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran səfiri Fransa XİN-ə çağırıldı
Aİ və Aİİ arasında qalan İrəvan – Paşinyan Brüsselin çətiri altına girir
Nə Ukrayna, nə də Rusiya danışıqlara hazırdır - Ağ Ev