Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124928
az

Bakıda çətin tərbiyə olunan uşaqlar üçün müəssisə yaradılıb

16:3806 Dekabr, 2024
32
CƏMİYYƏT
  • A

Layihədə əks olunsa da, islah edilməsi mümkün olmayan uşaqlar üçün müəssisələr fəaliyyət göstərmir”.

Oxu24.com  xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Layihədə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Cinayət Məcəlləsinin qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquq pozuntularına görə daxili işlər orqanlarında profilaktik qeydiyyatda olan, lakin islah edilməsi mümkün olmayan uşaqlar üçün açıqtipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərmək səlahiyyəti əks olunub.

Mövcud reallıq ondan ibarətdir ki, bu tipli müəssisələr fəaliyyət göstərmir. Layihədə nəzərdə tutulan həmin bəndlərin icrasının təmin olunması məqsədilə sözügedən müəssisənin təsis edilməsi və fəaliyyətinin təşkili ilə bağlı məsələlərin aktuallaşdırılmasını məqsədəuyğun hesab edirik”, - deyə Agentlik sədri vurğulayıb.

DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev isə qeyd edib ki, Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyasının 2024-cü il üçün tədbirlər planında çətin tərbiyə olunan uşaqların saxlanılması üçün müəssisənin oktyabr ayında açılması nəzərdə tutulmuşdu.

“Bunun icrası Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinə həvalə olunmuşdu. Hazırda Suraxanı rayonunda həmin müəssisə təşkil olunur və açılışı olmayıb”, - deyə şöbə rəisi əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qadını axtarır - DİQQƏT!
At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
Dərs və iş saatları ilə bağlı mühüm xəbər -DƏYİŞDİRİLİR?

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi